Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edirlər.
Kredit müraciətinin rəsmiləşdirilməsi tam onlayn şəkildə həyata keçirilir. Bunun üçün zamin, girov, biznesə baxış və əlavə sənədlər tələb olunmur. Beləliklə, sahibkarlar əlavə prosedurlara vaxt sərf etmədən maliyyə vəsaiti əldə edə bilirlər.
Mikro biznes krediti sahibkarlıq və ya peşə fəaliyyəti ilə məşğul olan, VÖEN sahibi olan fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik, kənd təsərrüfatı və digər sahələrdə çalışan sahibkarlar 500 manatdan 50 000 manatadək kredit məbləğini Birbank Biznes tətbiqi vasitəsilə tam rəqəmsal formada əldə edə bilərlər.
Birbank Biznes-in təqdim etdiyi rəqəmsal həll müraciətlərin qısa müddətdə dəyərləndirilməsinə imkan verir. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/ocre
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb