Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib.
azxeber.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq 2,2 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana soğan ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 9,15 milyon ABŞ dolları dəyərində 37,1 min ton soğan alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 5,8 % və 2,7 % çoxdur.
Hesabat dövründə Gürcüstan Ermənistandan 835 min ABŞ dolları dəyərində 3 min 391 ton, Özbəkistandan 529 min ABŞ dolları dəyərində 2 min 139 ton, Rusiyadan 450 min ABŞ dolları dəyərində 1 min 801 ton, Türkiyədən 435 min ABŞ dolları dəyərində 1 min 798 ton soğan alıb.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 10,6 milyon ABŞ dolları dəyərində 44 min 237 ton soğan alıb ki, bunun da 4,5 milyon ABŞ dolları dəyərində 18 min 678 tonu Azərbaycanın payına düşüb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Şimali Kiprin tanınması üçün... - Ərdoğan
Yardımlıda məktəb direktoru vəfat etdi
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü