Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azercell-in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.
azxeber.com xəbər verir ki, Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən  140 universitet komandasını bir araya gətirib. Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.
Azercell tədbirdən öncə və final mərhələsində ICPC Fondunun təşkilati komandasını fasiləsiz və etibarlı rabitə ilə təmin edərək dayanıqlı və səmərəli telekommunikasiya infrastrukturunun qurulmasına dəstək göstərib. Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə iştirakçılar və qonaqlar beynəlxalq texnologiya şirkətləri ilə yanaşı, Azercell-in də innovativ həlləri ilə tanış olublar. 
Müsabiqə "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə reallaşıb.
Qeyd edək ki, Azercell gənclərin İT bacarıqlarının artırılmasını və onların peşəkar kadr kimi formalaşmasını dəstəkləməklə informasiya texnologiyaları və proqramlaşdırma sahəsinin inkişafına töhfə verir. Belə ki, 2017-ci ildən etibarən şirkət Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində Azərbaycanın paytaxt və bölgə məktəblərində təhsil alan şagirdlər müxtəlif proqramlaşdırma müsabiqələrində iştirak edərək 100-dən çox medal qazanıblar.

İqtisadiyyat       Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun