Azercell-in "TikTok" səhifəsi rəsmi təsdiq nişanı əldə edib
"Azercell Telekom" MMC-nin "TikTok" platformasındakı rəsmi səhifəsi təsdiqlənmiş (verified) hesab statusu qazanıb. Bununla da Azercell yerli telekommunikasiya bazarında bu nişana layiq görülən ilk mobil operator olub.
azxeber.com xəbər verir ki, platforma tərəfindən təqdim olunan rəsmi təsdiq nişanı yalnız aktiv, etibarlı və orijinal məzmun paylaşan, həmçinin "TikTok"un Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına tam əməl edən səhifələrə verilir. Azercell-in hesabı bütün verifikasiya meyarlarına uyğunluq nümayiş etdirərək bu statusu əldə edib.
2020-ci ildə yaradılan səhifə qısa müddət ərzində geniş auditoriyanın diqqətini cəlb edərək brendin rəqəmsal məkandakı mövqeyini gücləndirib. Hazırda 200 mindən çox izləyicisi olan səhifə, izləyici sayına görə yerli telekom bazarında liderliyini qoruyur və auditoriyası dinamik şəkildə artmaqda davam edir.
Azercell-in rəsmi sosial media platformaları istifadəçilərə 24/7 rejimində təqdim olunan xidmətlər, yeni tarif və kampaniyalar, sosial təşəbbüslər və digər yeniliklər barədə operativ məlumat almaq imkanı yaradır. Eyni zamanda, müştərilər şirkətlə birbaşa əlaqə saxlayaraq müraciətlərinə qısa müddətdə cavab əldə edə bilirlər. Bu yanaşma Azercell-in açıq və əlçatan kommunikasiya modelinin tərkib hissəsidir.
Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında ilk dəfə məhz "Azercell Telekom" MMC 2008-ci ildə "Facebook", 2009-cu ildə "Twitter", 2012-ci ildə isə "Instagram" platformalarında rəsmi səhifələrini yaradıb. Bu gün də şirkət sosial mediada aktiv və innovativ iştirakını davam etdirir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb