Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi

Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiMobil operator gənc qızların İT və İKT sahəsində inkişafını dəstəkləməyə davam edir
azxeber.com xəbər verir ki, Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir. Ötən il start verilən "Uğur qızlarımızındır" təşəbbüsünün davamı olaraq, bu il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş keçirilib.  
Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva deyib: "Gənc qızların İT sahəsində uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin rəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq biz onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq."
Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib: "Azercell üçün təhsilə, habelə bilik və bacarıqların artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT sahəsində inkişafına yardım göstərmək mümkündür."
Görüşdə tələbələrə dəyərli hədiyyələr və "DigiMax 10" tarif paketinə bir illik abunəlik təqdim olunub.
Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə  dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir. 
Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiAzercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiAzercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiAzercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiAzercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdiAzercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi

İqtisadiyyat       Tarix: 30 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag