Azercell' kampaniyaları 'Felis Azərbaycan'da 9 mükafat qazandı
Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüb.
Ölkənin lider mobil operatoru "Azercell Telekom" reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən "Felis Azərbaycan" tərəfindən yüksək dəyərləndirilib. İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə etmişdir. Beləliklə, Azərbaycandan qatılan "Azercell" həyata keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq görülmüşdür:
"İstəSən" tarifi kampaniyası: iki qızıl və iki gümüş mükafat
"Azercell 25 il" kampaniyası: üç gümüş mükafat
"Nizami Gəncəvi İli" kampaniyası: iki bürünc mükafat
Qeyd edək ki, "Felis Mükafatları" 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilmişdir. Ölkəmizdə fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak edirdilər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan "Azercell Telekom"un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi təqdirəlayiq haldır. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu