Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edirTexnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator 2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib. Vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün fiziki SIM kart tələb etməyən eSIM "Asan İmza" xidməti istifadəyə verilib. Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM "Asan İmza" yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan "Asan İmza" mobil elektron imzanı özündə birləşdirir. 
Süni zəkaya inteqrasiya edən dövrdə mobil operator ölkədə ilk dəfə Azərbaycan dilində bot tərtib edərək təkmilləşdirilmiş Virtual Assistent xidmətini müştərilərin istifadəsinə  verib. 
Azercell nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı yaradan Taksit layihəsi təqdim olunub. 
Lider mobil operatorun abunəçiləri artıq 160 ölkədə 390-dən çox şəbəkəni əhatə etməklə yenilənmiş rouminq xidmətindən yaralana bilirlər. 2023-cü ildə əcnəbi vətəndaşlar və ölkəmizin qonaqları üçün xüsusi "Turist" tarifləri də təklif olunub.
Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi hədəfləyən Azercell-in Əlaqə Mərkəzi 2023-cü il ərzində ümumilikdə 3 milyona yaxın zəng qəbul edib. Ötən il ərzində şirkətə onlayn kanallar üzərindən 1,5 milyona yaxın müraciət daxil olub ki,  onlardan təxminən 440 mini sosial şəbəkələrdən ünvanlandırılıb. Sadalanan tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb.  
Hesabat ilində şirkətin Bakı və Bölgə müştəri xidmətləri ofislərində, həmçinin Mobil Müştəri Xidmətləri (MMX) tərəfindən ümumilikdə 850 mindən çox abunəçiyə xidmət göstərilib. 
Ölkədə biznes ekosisteminin inkişafına dəstək verən mobil operator 2023-cü ildə 40 mindən artıq hüquqi şəxsə xidmət göstərib. Azercell Biznes-in korporativ abunəçiləri üçün təqdim etdiyi eksklüziv xidmətlər nəticəsində internet istifadəçilərinin sayında 26%-dən çox artım əldə olunub, aktiv istifadəçi sayı isə 600 mini ötüb. 
Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes 2023-cü ildə Əşyaların İnterneti (IoT) tipli "Suvarmaya nəzarət sistemi" həllini təqdim edib. İnnovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından  səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.
Lider mobil operator biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək məqsədilə innovativ "Azercell Biznes" tətbiqi və veb platformasını istifadəyə verib.
Azercell xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) müsabiqəsində vitse-çempion olaraq ölkədə kibertəhlükəsizlik sahəsində üçlüyə daxil olub. 
2023-cü ildə Azercell-in ölkənin lider mobil operatoru kimi mövqeyini daha da gücləndirəcək, abunəçilərə yeni xidmətlər və daha geniş bağlantı imkanları üçün zəmin yaradacaq telekommunikasiya nəhəngi "e&International"-la strateji tərəfdaşlıq qurulub.
"Azercell Telekom" Azərbaycanda ilk dəfə olaraq dünyanın aparıcı Big Data həlli təminatçısı "Cloudera" şirkəti ilə əməkdaşlığa başlayıb. Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyərək "Cloudera" Məlumat Platforması ilə biznes proseslərini 5 dəfə sürətləndirib. 
2023-cü ildə ölkənin aparıcı mobil operatorunun Müştəri Məmnuniyyəti Sistemi üzrə beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə təsdiq edilib. Həmçinin, "Azercell Telekom" MMC ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi" standartları üzrə sertifikatını uğurla yeniləyib. Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Azercell ötən il ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq" sertifikatına da layiq görülüb. 
2023-cü ildə Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülərək "STEVIE" beynəlxalq biznes mükafatları tərəfindən "İlin ən innovativ texnoloji şirkəti" seçilib.   / azxeber.com

İqtisadiyyat       Tarix: 05 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezennesi 2026 xabarlar valyuta mezennesi banklar