Azercell "Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi" layihəsinə dəstək verir
Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq "Azercell Telekom" texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.
azxeber.com xəbər verir ki, lider mobil operatorun dəstəyi ilə "Birgə və Sağlam" İctimai Birliyinin "Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi" layihəsi həyata keçirilir.
Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, "canlı çat" funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.
Azercell-in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı daxil, autizmin bir sıra aspektlərini əhatə edən elmi əsaslı məlumatlar toplusu rəqəmsallaşdırılıb portala yerləşdiriləcək və məzmun mütəmadi olaraq artırılacaq. Valideynləri autizm haqqında dəqiq və etibarlı məlumatla təmin etmək məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda hazırlanan maarifləndirmə çarxları da portalda yer alacaq.
Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti