Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu
"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə qadınlar üçün təqaüd proqramını elan edir.
Azercell-in "Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı"nın qalibləri fəaliyyətlərini uğurla davam edir. Qeyd edək ki, 2024-cü ilin avqust ayında elan edilən bu sosial layihə müsabiqəsi qadınların iqtisadi müstəqilliyini dəstəkləyən təşəbbüsləri ön plana çıxararaq inklüziv cəmiyyətin qurulmasına töhfə verir.
Proqram qaliblərindən biri olan "Huma Quşu" təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.
"Huma Quşu" proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən ildən etibarən fəaliyyət göstərən "Huma Quşu" təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində 5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.
"Huma Quşu" təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri [email protected] ünvanına fevral ayının 20-dək göndərmək tələb olunur.
Ətraflı məlumat əldə etmək üçün səhifəsinə keçid edə bilərsiniz. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam