Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradırLider mobil operator Samsung smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator oldu.
Bu gündən etibarən Azercell abunəçiləri Fəvvarələr Meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər.
Belə ki, aprel ayının 6-dan başlayaraq "Samsung Azərbaycan" lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verir.
Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər. Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində 5GB həcmində internet paket də hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq.
Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.
5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır. / azxeber.com

İqtisadiyyat       Tarix: 07 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər sou xeberler bugun bu gunun xeberleri cəbhədən son dəqiqə