Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edirAbunəçilərinə ən yüksək müştəri təcrübəsi təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin nəticələrini açıqlayıb. Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.
azxeber.com xəbər verir ki, texnoloji yeniliklər və infrastruktur layihələri çərçivəsində Azercell 2024-cü ilin yanvarından 2025-ci ilin avqustunadək ölkə üzrə ümumilikdə 700-dən çox baza stansiyanı müasir texnologiyalarla təchiz edərək təkmilləşdirib. Artan data trafikini optimallaşdırmaq və abunəçilərin ehtiyaclarını qarşılamaq məqsədilə ilə Bakı, Abşeron və Sumqayıtda 124, regionlarda isə 215 olmaqla ümumilikdə 339 yeni baza stansiyası istifadəyə verilib. Azercell-in həyata keçirdiyi tədbirlər nəticəsində şirkətin LTE baza stansiyalarının sayı 3700-ü ötüb. 
Dünyada internet sürətinin ölçülməsi üzrə aparıcı və ən etibarlı platforma olan Ookla Speedtest-in məlumatına əsasən, Azercell 91.1 Mbps nəticə ilə avqust ayında ölkənin ən sürətli mobil operatoru olub. Qeyd edək ki, şəbəkənin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ilin yanvar–2025-ci ilin avqust aylarını əhatə edən dövrdə ölkə üzrə mobil internet sürətində 71.6%-lik artım qeydə alınıb.
Qarabağ bölgəsində innovativ şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət ayıran Azercell hazırda həmin ərazilərdə 208 baza stansiyası vasitəsilə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir.
Şirkət həmçinin ESG strategiyası çərçivəsində ölkədə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin qurulmasına töhfə verməyi əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2024-cü ildə respublika üzrə "yaşıl" baza stansiyalarının sayını 37-yə çatdıran Azercell karbon emissiyasının azaldılması və təmiz enerji resurslarının təşviqi istiqamətində mühüm nəticələr əldə edib.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell bütün ölkə üzrə şəbəkə infrastrukturunun modernləşdirilməsi və onun dayanıqlılığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İqtisadiyyat       Tarix: 17 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun