Azercell yeni sosial layihəsini təqdim edir

Azercell yeni sosial layihəsini təqdim edirAzercell 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin "Narıncı Gün" təşəbbüsü çərçivəsində "Oflayn qadınlar" sosial layihəsini təqdim edir. "Ümidli Gələcək" İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirilən layihənin məqsədi bu qlobal problemə ictimai diqqəti artırmaq və zorakılığa məruz qalan qadınlara operativ yardım göstərməkdir.
azxeber.com xəbər verir ki, çətin həyat şəraitində yaşayan qadınların əksəriyyəti mövcud dəstək resursları və müraciət kanalları barədə kifayət qədər məlumata sahib olmur. Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir.
Platforma qadınlara öz hüquqları barədə etibarlı mənbələrdən məlumat əldə etmək, təqdim olunan videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar haqqında dolğun informasiya əldə etmək imkanı verir.
Sayt anonimlik və təhlükəsizlik prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər.
Fərdi dəstəyə ehtiyac olduğu halda qadınlar "Qadın Dəstək Xətti"nin 116111 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Artıq üç ildir ki, Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən xidmət 24/7 rejimində müraciətləri qəbul edir. Bugünədək 11000-dən çox qadın xəttin xidmətlərindən yararlanıb. "Ümidli Gələcək" İctimai Birliyi tərəfindən idarə olunan bu xidmət qadınlara operativ və kompleks psixososial yardım göstərir, zorakılıqla üzləşən qadınların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olur. Bu istiqamətdə Dəstək Xətti icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur. Qeyd edək ki, Azercell abunəçiləri üçün qısa nömrəyə zənglər ödənişsizdir. 
Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. "Oflayn qadınlar" layihəsi bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq ölkənin müxtəlif bölgələrində yaşayan qadınlara real dəstək göstərməyi və onların həyatında müsbət dəyişikliklərə töhfə verməyi hədəfləyir.

İqtisadiyyat       Tarix: 26 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026