Azercell'in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda

Azercell'in günəş enerjisi ilə çalışan baza stansiyaları QarabağdaLider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və "yaşıl" texnologiyalar tətbiq edir
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell öz şəbəkəsini bütün ölkə üzrə genişləndirməyə və modernləşdirməyə davam edir. Bu irimiqyaslı layihənin növbəti mərhələsində lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçir.
İşğaldan azad edilmiş ərazilərdəki baza stansiyalarının modifikasiyası üçün bərpa olunan enerjidən istifadə edən Azercell Qarabağda günəş enerjisi ilə işləyən ilk LTE baza stansiyalarını istifadəyə verir. Belə ki, lider mobil operator Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyalarını günəş panelləri ilə təchiz edib. Artıq həmin baza stansiyaların enerji tələbatının 60%-i günəş enerjisi hesabına qarşılanır. Bu da, öz növbəsində, ekoloji baxımdan daha "yaşıl" istismarı təmin edərək əraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının azalmasına səbəb olur.
Ümumilikdə, Azercell 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istifadəyə verməyi planlaşdırır. Qeyd edək ki, şirkət artıq Qobustan və Tovuzda da "yaşıl enerji" ilə çalışan baza stansiyaları quraşdırıb.
Bu ilin avqust ayından etibarən Azercell Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.
Layihə çərçivəsində lider mobil operator Azərbaycanda 300-dən çox yeni baza stansiyasını istismara verəcək və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbərlər meherremlik 2026 sonxeber az bugünkü son xəbərlər