"AzerGold" istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib

"AzerGold" istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib"AzerGold" istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib
24 dekabr tarixində "AzerGold" istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.
Oxu.Az-a verilən məlumata əsasən, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.
Bildirilib ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək - 4 faiz gəlirlilik vəd edən "AzerGold" istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir.
Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.
İnvestorlara 3 illik tədavül müddəti ərzində ildə dörd dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən "AzerGold" istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub. Təklifi orta hesabatla iki dəfədən çox üstələyib.
Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara birinci hərracda 25,5 milyon, ikinci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.
Qeyd edilib ki, "AzerGold" istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti birinci tranş üzrə 101,7 ABŞ dolları, ikinci tranş üzrə isə 102,4 ABŞ dolları təşkil edib. "AzerGold" istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.

Sosial       Tarix: 25 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər