"Azəriqaz": Bədbəxt hadisə nəticəsində ölmüş şəxsin bizimlə əlaqəsi yoxdur
Bu gün mətbuatda Bakının Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən bir nəfərin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd olunub.
Open.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, o, hasarın üstü ilə sayğacdan evə qaz xətti çəkərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
"Həmin şəxsin "Azəriqaz"la hər hansı bir əlaqəsi yoxdur, bizim struktur bölmələrimizdə çalışmır. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində qazlaşma işləri görərkən, qaz xətlərinin yerini dəyişdirərkən mütləq bunu peşəkarlara etibar etsinlər və prosedur qaydalara uyğun olaraq "ASAN xidmət", "ASAN Kommunal" mərkəzlərinə, eləcə də yaşadıqları ərazilər üzrə Xidmət Sahələrinə müraciət etsinlər. Bu zaman yuxarıda sadalanan qaz təsərrüfatına dair işlərin görülməsi üçün onlara xüsusi icazəsi olan (lisenziya) podratçı təşkilatlar təqdim edilə bilər. Belə olduğu halda təhlükəsizlik qaydaları gözlənilməklə xoşagəlməz hallardan sığortalanmış olarlar", - deyə açıqlamada qeyd olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı