"Azəriqaz" ötən gün Ucarda baş vermiş yanğının səbəbini açıqladı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gün saat 19:00 radələrində Ucar rayonunda baş vermiş yanğının səbəbini açıqlayıb.
KONKRET.az-ın məlumatına görə, qurumdan "Report"a bildirilib ki, fevralım 4-də rayon ərazisindəki quşçuluq fabrikini təbii qazla təmin edən, Ucar Qaz Paylayıcı Stansiyadan qidalanan, diametri 215 mm olan orta təzyiqli qaz xətti zədələnib.
Son nəticədə yaxınlıqdan keçən polietilen boru və metala keçid hissələr zədələnib, daşıyıcı kəmərlərdə qaz sızması yaranıb. Nəticədə Ucar rayonu üzrə 7 kənd və şəhər ətrafı massivdə ümumilikdə 3 226 abunəçinin qaz təminatında fasilə yaranıb. Hadisə baş verəndə dərhal sonra "Azəriqaz" rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa edilməsi barədə tapşırıqlar verib.
Ağsu Regional qaz istismarı İdarəsinin Ucar və Göyçay xidmət sahələrinin işçi qüvvələri hadisə yerinə cəlb olunub. İstehsalat Birliyinin işçiləri gecə saatlarından başlayaraq havanın kəskin dəyişməsinə, güclü külək və yağışın olmasına baxmayaraq fasiləsiz olaraq qəzanın aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər. Gün ərzində qaz təminatının bərpası planlaşdırılır.
İşin həcmi böyük olduğundan hadisə yerinə çox sayda maşın mexanizmlər və işçi qüvvəsi cəlb edilib. Təmir işləri sürətlə davam etdirilir.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar