"Azəriqaz" rəsmisi: Şəxsən yoxladım, karta yükləmə etmək olur
Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də "Zenner" kartı ilə sayğaca yükləmə edə bilmirlər.
"Azəriqaz"dan problemin dövlət qurumu ilə əlaqədar olmadığı bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda M10 vasitəsilə sözügedən "Zenner" karta pul yükləmək olur.
"Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu", – E.Vəliyev bildirib.
Qeyd edək ki, "MPay" MMC-dən isə problemin "Azəriqaz"ın sistemindən qaynaqlandığı bildirilib:
"Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".
Məsələ ilə bağlı "Mpay" QSC isə açıqlamasında bildirib ki, hazırda "Azəriqaz" xidmətində, xüsusilə "Zenner" kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: "Problem ümumi "Azəriqaz" sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz".
///teleqraf / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma