"Azərişığ"ın ölümə görə günahlandırılan əməkdaşı ilə bağlı qərar elan olunub

"Azərişığ"ın ölümə görə günahlandırılan əməkdaşı ilə bağlı qərar elan olunubSumqayıt Appellasiya Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən "Azərişıq" ASC-nin əməkdaşı Natiq Mustafayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Open.az "Report"a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Mustafayevin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, N.Mustafayev "Azərişıq" ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin Xudat istismar sahəsinin aparıcı mühəndisi vəzifəsində işləyən zaman 2019-cu il martın 22-də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində 10 KVt-luq "Nərimanov" elektkrik hava xəttində təmir işini Xudat istismar sahəsinin elektrik montyoru Əhməd Ağamova tapşırıb.
Ə.Ağamov isə elektrik hava xəttinin dirəyinə qalxıb, təmir işləri görən zaman yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Bu iş üzrə N.Mustafayevin barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə N.Mustafayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, o, əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, daha yüngül cəza verilməsini istəyib. /open.az

Hadisə       Tarix: 24 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


son xeberler yeni xeberler azerbaycan xeberleri butun xeberler cəbhədən son görüntülər cəbhədən şad xəbər xəbər.az