"Azərişıq"la "Quş ferması" arasında 14 000 manatlıq - MƏHKƏMƏ
Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonunda "Quş ferması"nın sahibi olan Aygün Şahbazova ilə "Azərişıq" ASC arasında olan məhkəmə çəkişməsi ilə bağlı qərar qəbul edilib.
Open.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsi "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən yazılan aktın ləğv edilməsi və borc kimi tutulmuş 13 790 manat pulun "Azərişıq" ASC-dən alınaraq Şahbazova Aygün Əskər qızına qaytarılması barədə qətnamə çıxarıb.
Cavabdeh "Azərişıq" ASC-nin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahişi ilə məhkəməyə müraciət edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin sədrlik etdiyi iclasda iddiaçı Şahbazova Aygün Əskər qızının cavabdeh "Azərişıq" ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. /open.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU