"Azərlotereya" ASC-yə yeni icraçı direktor təyin olundu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC-nin İdarə Heyətində dəyişiklik olub.
azxeber.com xəbər verir ki, şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti "Misli.com"a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.  
Osman Karakuş 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb. 
O, karyerasına 1997-ci ildə "Vakıfbank"da maliyyə analitiki kimi başlamış, 2003-2004-cü illərdə "Kuveyt Türk"də maliyyə analitiki, 2004-2010-cu illərdə "Turkcell Inteltek"də maliyyə meneceri, 2010-cu ildə "Azerinteltek" QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışmışdır. 2017-ci ildə "PepsiCo"da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan Osman Karakuş 2020-ci ildə "Demirören Holding"ə qoşulub. O, 2021-ci ilin avqust ayından "Azərlotereya" ASC-nin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışırdı. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərlotereya" ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu "Azərlotereya" ASC-nin Türkiyənin dünyada nüfuzlu "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinin törəmə müəssisəsi olan "YMT Sans B.V." şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb. 

İqtisadiyyat       Tarix: 14 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər sou xeberler bugun bu gunun xeberleri cəbhədən son dəqiqə