"Azərlotereya"nın sponsorluğu ilə yeni voleybol komandası yaradılıb - FOTO

"Azərlotereya" ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib. Şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət "DH Volley" adlı voleybol klubu yaradılıb. "DH İdman" MMC-nin təsis etdiyi bu klub 2025/2026 mövsümündə Azərbaycan Çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.
Bu münasibətlə 29 aprel 2025-ci ildə "DH Volley" klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib. Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, "DH Volley" Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: "2025-ci il mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla "DH Volley" olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə "DH Volley"i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir". Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova təşəkkür edib.
"DH Volley" klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.
"Azərlotereya" ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin "Misli" brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə Azərbaycan Voleybol Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. "DH Volley" klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
"DH Volley" klubu haqqında
Baş məşqçi Fərid Cəlalov
Fərid Cəlilov 8 il Azərbaycan kişi milli voleybol komandasının baş məşqçisi olub. 4 il qadın "İqtisadçı" voleybol komandalarında məşqçilik edib. Keçmiş milli voleybolçu, eyni zamanda milli komandanın kapitanı olub.
- 2017 – 4-cü İslam Oyunları Gümüş Medal
- 2018 – Türk Dünyası Universiadası Qızıl Medal
- 2017/2018 – Challenge Cup 1/8 Lokomotiv Men Volleyball
- 2021/2022 – Challenge Cup 1/8 Murov VC Men
- 2016–2023 – mövsümlərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyəti
Köməkçi məşqçi Vusal Rüstəmov
Milli voleybolçu 2018-ci illərdə İslam Oyunlarında çempion olub. 2016-ci illərdə məşqçi olub. Vusal Rüstəmov 2023-cü illərdə kişilərdən ibarət milli yığmada baş məşqçi köməkçisi işləyib. 2024/2025 mövsümündə komandanın kapitanı olub. "Azərreyl" klubu ilə liqa çempionu olub. 2022-ci ildə İslam Oyunlarında Qadın Milli Komandası 3-cü olub.
OYUNÇULAR
Aynur İmanova
"Azərreyl" klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli oyunçumuz 2024/2025 mövsümündə çempion olub. 2006-cı ildən etibarən milli komandada forma geyinən Aynur 2006 və 2018 "FIVB" Dünya Çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 Azərbaycan Kuboku çempionluğu və 5 Liqa Kuboku çempionluğu qazanıb.
Katerina Jidkova
Milli voleybolçu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnam ölkələrində forma geyinib. 2024/2025 mövsümündə "Abşeron" komandasının kapitanı olan oyunçumuz ölkə kubokunda çempion olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla "FIVB" Dünya Çempionatı, "CEV Cup", İslam Oyunları, "CEV Volleyball European League" kimi müxtəlif turnirlərdə iştirak edib.
Ceyran İmanova
"Azərreyl" voleybol klubunda 4 çempionluq yaşayan milli oyunçu 2024/2025 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran 2014-cü ildə Dünya Çempionatı seçmə mərhələlərinə qatılıb, 2017-ci ildə İslam Oyunlarında qızıl medal qazanıb.
Nilufər Ağazadə
2024/2025 mövsümündə "Azərreyl" klubunda çempion olan milli oyunçumuz "CEV Challenge Cup" turnirində də oynayıb. İki ildir Azərbaycan milli komandasında yer alan Nilufər Avropa çempionatında da iştirak edib.
Raziyə Əliyeva
Beş ildir milli komandada yer alan oyunçumuz liqada son üç mövsümdə "Azərreyl" klubunda çempion olub.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeberler bugun son xeberler 2026 kriminal xeber