Azərsun Holdinq" COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir - FOTOLAR

Azərsun HoldinqAzərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan "Azərsun Holdinq" kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.  
azxeber.com xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan bildirib.
Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir: 
"Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ".
Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb. 
O, həmçinin qurulan əməkdaşlıqların dayanıqlı təsərrüfat metodlarının təşviqinə, yerli iqtisadiyyatın gücləndirilməsinə və aqrar biliklərin paylaşılmasına xidmət etdiyini bildirib.
"Azərsun Holdinq" məhsullarının "Made in Azerbaijan" yazısı ilə beynəlxalq arenada nümayiş edilməsinin unikal imkanlar yaratdığını qeyd edən baş direktor bu addımın yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olduğundan irəli gəldiyini deyib. 
O,  qeyd edib ki, şirkət COP29-un nəticələrini rəhbər tutaraq, innovativ yanaşmaları tətbiq edir və tərəfdaşlarla birgə fəaliyyət göstərməklə genişmiqyaslı təsir yaratmağa çalışır.
Azərsun HoldinqAzərsun HoldinqAzərsun HoldinqAzərsun HoldinqAzərsun Holdinq

İqtisadiyyat       Tarix: 01 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag