"Azərsun Holdinq" müəssisələri Türkiyədə mükafat qazanıblar - FOTOLAR
"Azərsun Holdinq" istehsal müəssisələrində tətbiq etdiyi yeniliklər və peşəkar komandası ilə Türkiyədə keçirilən 27-ci ənənəvi KalDer–"Türkiyə Kalitə Dərnəyi" Kaizen müsabiqəsinə qatılaraq, yüksək nəticələr qazanıb.
Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK), İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki, Sun Food müəssisələri ilkin mərhələləri keçərək, finala vəsiqə qazanıblar.
Ankara şəhərində keçirilən final tədbirində, "Azərsun Holdinq" əməkdaşları, 1500 nəfərlik izləyici qarşısında layihələrini təqdim ediblər.
Təqdimatlar nəticəsində AKKİK və İmişli Şəkər Zavodu Kaizen Mükafatına layiq görülərək, kubok qazanıblar.
Bu mükafatlar, şirkətin istehsal sahəsindəki yüksək standartlarını dünya səviyyəsində nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Səfərdən mükafatla qayıdan əməkdaşlar "Azərsun Holdinq"in rəhbərliyi ilə görüşərək, layihələrini təqdim ediblər.
Qeyd edək ki, "Azərsun Holdinq"in Kaizen fəaliyyətləri ilə əldə etdiyi bu mükafatlar yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da yüksək qiymətləndirilir.







/ azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır