"Azərsun Holdinq"in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
"Azərsun Holdinq"in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə gənclər arasında marketinq müsabiqəsi təşkil olunub.
Unikal təcrübə qazandıran "Brand Boom" layihəsinin məqsədi tələbələrə məhsul yeniliyi təklifi vermək, onun marketinq mərhələlərini hazırlamaq və ən əsası, komandada iş bacarıqlarını inkişaf etdirməkdir.
Bu müsabiqə eyni zamanda gənclərə innovativ düşünmə, marketinq strategiyalarını hazırlama və real layihələrlə işləmək imkanı yaradıb.
Ölkəmizdə ilk dəfə təşkil olunan "Brand Boom" böyük marağa səbəb olub.
Beş mərhələdən ibarət olan layihədə tələbələr öz yenilikçi ideyalarını təqdim edib, növbəti mərhələdə layihələrinə dəstək olacaq peşəkarlarla görüş keçiriblər.
Sonda isə hazır olan layihələrin təqdimatı olub və qalib komanda müəyyən edilib.
Müsabiqə nəticəsində ilk yeri "TrueMUN", ikinci yeri "BuzzMasters", üçüncü yeri "R.A.R Crew" və "Chill Group" komandaları, özəl jüri mükafatını isə "SPARK" qazanıb.
Qeyd edək ki, layihə "Azərsun Holdinq"in "Feel True", "Coolmix" "Pure Sense" markaları ilə birgə ərsəyə gətirilib.
Gənclərin marketinq sahəsində geniş təcrübə əldə etməsini hədəfləyən "Brand Boom" layihəsi ilə bağlı ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz.
Brandboom | Tələbə Marketinq Müsabiqəsinin Detalları




/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam