"Azərsun"un fəhlələri arasında dava ölümlə nəticələndi - MƏHKƏMƏ
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını öldürməkdə təqsirləndirilən Elnur Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
KONKRET.azxəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Elnur Quliyev 07 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində fəhlə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesinin 6-cı kilometrində yerləşən "Azərsun Holdinq"ə məxsus "Sun Food" MMC-nin fəaliyyət göstərdiyi binada əməkdaşların geyimlərini dəyişmək üçün nəzərdə tutulmuş otaqda iş növbəsi başa çatdıqdan sonra geyimlərini dəyişən zaman həmin müəssisədə fəhlə işləyən, zərərçəkmiş Şahin Həsənov (soyadı şərti) onun paltar şkafının qarşısında durub. Bu zaman təqsirləndirilən şəxs ona maneçilik yaratmasına irad bildirib, onlar sonra qarşılıqlı olaraq bir-birilərini söyüblər. Bundan sonra Şahin ona sol üst göz qapağının qançırı kimi sağlamlığa zərərvurmayan xəsarət yetirib.
Daha sonra Elnur evdən işə getmək üçün çıxarkən cib bıçağını götürüb. Həmin gün saat 19:30 radələrində, yəni iş növbəsinə gəldikləri vaxt o, zərərçəkmiş şəxsi müəssisənin "Logistika" şöbəsinin anbarında tək olduğunu görüb ona yaxınlaşıb. Səhər baş vermiş mübahisə ilə bağlı aralarındakı münasibətə aydınlıq gətirmək istəyərkən yenidən aralarında başlanan qarşılıqlı sözlə mübahisə zamanı şalvarının cibində olan bıçağı sağ əlinə alaraq qəsdən Şahinin qarın boşluğundan və sağ əlindən xəsarət yetirib.
Şahin Bakıdakı xəstəxanaların birində müalicə olunmasına baxmayaraq, 10 oktyabr 2021-ci il tarixdə, saat 22:20-də ölüb.
Elnur Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var