Azyaşlı qızların belə rəqsi... – Komitədən xəbərdarlıq
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir:
"Bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "Тrendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır".
Vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir:
"1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır".
Bunu əsas götürərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edib:
– Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın;
– Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin;
– Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin;
– Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun;
– Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın.
– Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.
– Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Bu avtomobillər 600 manatdan satışa çıxarılır
Sabah bu ərzilərdə işıq olmayacaq
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
Deputat: "Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır
Mehriban Əliyeva Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub
BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib' - Deputat
Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin
100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
Salyanda zəncirvari qəza: 5 nəfər
İlham Əliyev Melonini təbrik etdi
Rusiya ilə münasibətlər saxlamaq istəyirik - Tramp