B-21 "Raider": Rusiya üçün QORXUNC YUXU - Dünyanın istənilən nöqtəsindəki hədəfi vuracaq

B-21 ABŞ-ın yeni strateji bombardmançısı B-21 "Raider" Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün böyük çətinliklər yaradacaq. Bu haqda "The National İnterest" dərisində Kris Osborn yazır.
Müəllif qeyd edir ki, yeni bombardmançının bir çox xarakteristikaları ola bilsin, heç vaxt açıqlanmayacaq. Amma bununla belə ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli nümayəndələrindən biri jurnalistə deyib ki, yeni stels-bombardmançı dünyanın istənilən nöqtəsində, sutkanın istənilən saatında istənilən hədəf üçün təhdid yaradacaq. Osborn istisna etmir ki, B-21 "Raider" Rusiya və Çinin hava hücumundan müdafiə sistemlərinə bənzər sistemlərdə sınaqdan keçiriləcək.
B-21 Məqalədə bildirilir ki, Rusiya özünün S-400 və S-500 zenit-raket komplekslərinin radarlara görünməyən təyyarələri də aşkar edib məhv edə biləcəyini bildirir. Rusiyanın hava hücumundan müdafiə sistemləri ola bilsin effektivdir, amma təkmilləşdirilmiş B-21 bombardmançılarını aşkar etmək və vurmaq onlar üçün fövqəladə çətin olacaq. Ona görə də Moskvanın bu yeni bombardmançıları aşkar etmək və izləmək üçün daha həssas radarlara ehtiyacı yaranacaq. Çünki B-21 "Raider" bombardmançısının tamamilə yeni stels-texnologiyaya malik olması Rusiya üçün "dəhşətli yuxu" olacaq.
B-21 B-21 "Raider" ABŞ-ın "Northrop Grumman" korporasiyası tərəfindən işlənib hazırlanıb. Maşın zahiri görkəmcə B-2 strateji bombardmançılarına bənzəyir. Bombardmançının başlıca vəzifəsi nüvə zərbələrinin endirilməsi ilə yanaşı rəqibin hava hücumundan müdafiə sistemindən gizlicə onun ərazisinə daxil olmaq və əsas hava hücumundan müdafiə komplekslərini məhv etməkdir. Bunun ardınca isə taktiki aviasiya nisbətən təhlükəsiz şəraitdə hərəkət edə bilər.
B-21 "Raider" bombardmançısının əsas qeyri-nüvə silahlarına "Lockheed Martin" şirkətinin işləyib hazırladığı AGM-183A ARRW raketlərinin daxil olacağı gözlənilir. Bu raketin sürəti saatda 20 min kilometrə qədər çata bilər və uçuş məsafəsi 800 kilometrə qədərdir. Hipersəs sürətli bu raketin istehsalı 2022-ci ildə planlaşdırılır, hərçənd Rusiya hipersəs sürətli "hava-yer" raketlərini artıq öz arsenalına daxil edib. (Virtualaz.org) /publika.az

Dünya       Tarix: 02 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbər xeberler azerbaycan kriminal xeberler en sonxeber