Badımcan suyu ilə qarın bölgəsindəki yağlara əlvida
Badımcan suyu arıqlamaq üçün istifadə edilən ən yaxşı vasitələdən biridir. O lifli bir tərəvəz olmaqla yanaşı tərkibindəki vitamin, mineral və antioksidantlalarla orqanizmi sağlam şəkildə arıqlatmaq qabiliyyətinə malikdir. Bunun üçün badımcan diyeti saxlamaqla yanaşı hər gün yarım saat idmanla məşğul olmaq lazımdır. Badımcan suyunun orqanizmə aşağıdakı faydaları var:
* Badımcan suyu orqanizmi toksinlərdən də təmizləyir.
* Badımcan xolesterolu azaltmaqla yanaşı onun qanda normal saxlanmasını təmin edir.
* Badımcanda bişirildiyi yağı həll etmək qabiliyyəti var, o nə qədər çox yağda bişirilirsə, bişirilsin həmin yağın orqanizmə təsirinin qarşısını alır.
* Badımcan suyu bağırsaqların fəaliyyətini sürətləndirərək qəbizliyi aradan qaldırır, toksinlərin tez xaric olunmasına yardım edir.
* Tərkibində olan fol turşusuna görə badımcan sümüklər üçün faydalı sayılır.
* Badımcan suyu öd kisəsi və qaraciyər fəaliyyətini artıraraq onların sağlamlığına dəstək olur.
* Badımcan suyunun tərkibində bol miqdarda maqnezium və dəmir olduğuna görə o anemiyanın qarşısını almaq qabiliyyətinə malikdir.
* Badımcan suyu ardıcıl olaraq bir neçə ay ərzində hər ay bir həftə içilərsə, qarındakı piyləri əridir.
Həftə boyu gün ərzində yarım litr badımcan suyu içmək 2 kq arıqlamağa səbəb olur. Pəhriz saxlayan zaman gün ərzində ən az yarım saat yerimək və tərkibində kimyəvi qatqılar olan qidalardan istifadə etmək məsləhət görülmür.
Badımcan suyu necə hazırlanır?
Badımcan suyu hazırlamaq üçün bir gün qabaqdan hazırlıq görmək lazımdır.
5-6 badımcan axşam yuyulub soyulur, kub şəklində doğranır. Dərin bir qabın içərisinə tökülüb üzərinə yarım litr su əlavə edilir. Səhər həmin su acqarına içilir. Əgər suyun dadlı və daha çox təsirli olmasını istəyirsinizsə, suyun yarısını səhər için, yarısına da limon şirəsi qatıb günorta və axşam yeməkləri arası içmək lazımdır.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar