Badmintonla bağlı proqramın icrasına başlanıldı - FOTO
Azərbaycanda ilk dəfə "Shuttle Time" proqramının tətbiqinə start verilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, proqram Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığının nəticəsi olaraq "BWF Membership Grants" layihəsi çərçivəsində gerçəkləşdirilir.
Əvvəlcə Lənkəranda idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. 1 - 4 iyunda Qusar, 8 - 11 iyunda Bakı, 15 - 18 iyunda Sumqayıt və 22 - 25 iyunda Gəncədə "Shuttle Time" proqramı təşkil olunacaq.
Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
"Shuttle Time" proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq