Bağ evlərinin qiyməti kəskin ARTDI

Bağ evlərinin qiyməti kəskin ARTDIYay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.
Çünki bu aylarda bağ evlərinə kütləvi tələbat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. Qiymətin kəskin şəkildə artması isə bəzən ciddi narazılıqlara səbəb olur.
Rayonlarda yerləşən bağ evlərini kirayə verərkən də bəlli qiymət dəyişimi nəzərə çarpır. Səbəb isə qış aylarından fərqli olaraq, bu yerlərə turist axının güclənməsidir. Buna görə də bəzi turistik zonalarda kirayə ev qiymətlərində iki dəfəyə yaxın artım müşahidə edilir.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bizim.Media ilə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, qiymət artımı ənənə halını alaraq hər il bu vaxtlarda başlayır və yayın sonuna qədər davam edir. Buna görə də insanlar daha çox ev kirayə götürməyi optimal yol hesab edirlər:
"Mövsümi olaraq bağ evlərinin həm satış qiymətləri, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər baş verir. Yay mövsümündə tətilə çıxan ailələr, məktəblilər istirahət üçün xüsusilə bağ evləri ilə maraqlanırlar. Bu da həmin evlərin qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Yəni qiymətlər tələbat olduğu üçün artır.
Artıq neçə ildir ki, insanlar bağ evlərinə külli miqdarda pul sərf edib almaqdansa, kirayə götürməyi üstün tuturlar. Çünki bir neçə ay üçün insanlar artıq xərc çəkməkdənsə, müvəqqəti kirayə tutmağı əlverişli hesab edirlər. Belə olan halda bağ evlərinin qiymətləri yalnız yay ayları yekunlaşdıqdan sonra əvvəlki vəziyyətinə qayıdır".
Ekspert bildirir ki, qiymətlərin qalxması təkcə mövsümi xarakter daşımır, həm də bir çox siyasi və iqtisadi faktorların da buna təsiri var:
"Qiymət artımı təkcə mövsümi xarakter daşımır, həm də manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan, hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir. Bu tip evlər yerləşməsindən və komfort səviyyəsindən asılı olaraq aylıq kirayə qiyməti 1 000-3 500 manat arasında dəyişə bilir. Bəzi evlərdə istirahət üçün əlavə tikililər olduğuna görə onlar daha yuxarı qiymətə təklif edilir. Həmçinin bu proses xaricdə baş verən hadisələrlə də bağlı dəyişır.
Belə ki, qardaş ölkə Türkiyədə zəlzələnin baş verməsi və hələ də təkanların olması ehtimalının qalması insanların bağ evlərinə daha çox müraciət etməsinə səbəb olur. Hazırda bazarda qiymətlər ötən illə müqayisədə 7-8 faiz artıb".
Vüqar Oruc rayonlardakı kirayə mənzillərin qiymətlərinin artmasından da söz açıb:
"Rayonlara gəlincə isə daha çox müvəqqəti kotteclər, villalar və kiçik fərdi yaşayış evləri hal-hazırda gündəmdədir. Onların təhlilini apardıqda isə görürük ki, hər il qiymətlər yüksəlir. Əvvəllər bu qiymətlər gündəlik 30-40 manat arası dəyişirdisə, hazırda yerindən asılı olaraq 60-150 manat arası və daha yüksək ola bilir.
Bu, həmçinin, xarici investisiyaların, turistlərin ölkəmizə gəlişi ilə də bağlıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra xarici investorların, kapital sərmayəçilərinin bölgəyə diqqəti artıb. Bu da ölkəmizin iqtisadi cəhətdən inkişafına səbəb olmaqla yanaşı, bir sıra sahələrdə qiymətlərin həddən artıq bahalaşmasına da gətirib çıxarır" / azxeber.com

İqtisadiyyat       Tarix: 30 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər cebheden xeber az xeber cəbhədən son xeber