Bağçada körpəsinə şiddət göstərilən ata danışdı - VİDEO
"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur".
KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb", – R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı saytımıza açıqlamasında bildirib.
O, bunları əlavə edib:
"Hazırda hadisə ilə bağlı istintaq gedir. Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllimə məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib".
Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb:
"Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur".

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar