"Bahalı qatar, məcburi yemək…Bu, ictimai nəqliyyatdır yoxsa turpaket?" – Ekspertdən ADY-yə sərt tənqid

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Azərbaycan Dəmiryolları" QSC-nın son qiymət siyasətini tənqid edib.
azxeber.com O.Gündüzün mövqeyini təqdim edir:
ADY qatarla sərnişindaşımada qiymətlərin yüksək olmasına aydınlıq gətirib. Belə anladım ki, bizim tərəfimizdən "qatar bileti 150 manatdır" açıqlamasına aydınlıq gətirmək istəyib. Əslində qurumun mövcud vəziyyəti izah edən açıqlaması çox faydalıdır və təqdirəlayiqdir.
Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.
ADY açıqlamasında qiymətlərin yüksək olmasını "dinamik", "komfort", "VIP zal", "dünya təcrübəsi", "endirim" müddəaları ilə izah etməyə çalışıb. Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib. Dərhal xatırlatmaq istərdim ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur. Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı. Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı. Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlaya bilmədim.
Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu "komfort", elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil. Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada "30 gün əvvəl al ucuz olsun" demək ağlabatan bir məntiq deyil.
Xatırladıram ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir. Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart(Standart) 10 manat olub hazırda 20 manatdan çoxdur. ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manta adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.
Yeri gəlmişkən, mən bir neçə dəfə monitorinq etdim, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50%-ə çatmadı. Bu , məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır. Əgər ADY -də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın.
Bir daha vurğulamaq istərdim. 5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir qədər məqbul deyil. ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı. Anlayıram ki ADY əsas pulu yük daşımadan qazanır. Ondan qazandığı ilə İNSANLARI daşımağı qaydaya salmaq istəyir. Təbii ki bu sahə də rentabelli deyil.
Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr. Əminəm ki bunun daha ağlabatan yollarını da bilməmiş deyillər. Ümid edirəm, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər.

Sosial       Tarix: 21 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər qurban bayrami 2026 cəbhədən son xeber cəbhədən görüntülər