"Bakcell"in tərəfdaşı olduğu "INMerge" İnnovasiya Sammiti uğurla davam edir

"Bakcell"in baş icraçı direktoru "INMerge" İnnovasiya Sammitində çıxış edibİnnovasiya və sürət lideri "Bakcell"in tərəfdaşı olduğu "INMerge" İnnovasiya Sammiti uğurla davam edir.
azxeber.com xəbər verir ki, tədbirin ilk günündə "Bakcell"in "Telekom" vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller "FinTex və telekommunikasiya sahələri arasında sinerji" mövzusunda panel müzakirəsində iştirak edib. "Özbəkistan Respublikasının Fintex Assosiasiyası"nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı, "Birbank"ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, "Freedom Telecom International"ın baş icraçı direktoru Yohannes Hummer və "GoldenPay"ın baş icraçı direktoru Eynar Abdullayev qatılıb.
Paneldə çıxış zamanı Klaus Müller "Bakcell"in innovativ biznes yanaşması, süni intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat verib. O, xüsusilə "Bakcell"in ölkənin ilk rəqəmsal bankı "Birbank" ilə tərəfdaşlığını vurğulayaraq, bu əməkdaşlığın innovasiyaya əsaslanan və yüksək funksionallığa malik xidmət modelinin formalaşmasına imkan yaratdığını qeyd edib. Bu tərəfdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslərin Azərbaycanın innovasiya və rəqəmsal maliyyə xidmətləri ekosistemində yeni yanaşma gətirdiyi bildirilib.
Sessiyada, həmçinin böyük məlumatların və süni intellekt modellərinin tətbiqinin hər iki sahənin inteqrasiyasına əlavə dəyər qatacağı vurğulanıb."Bakcell" təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində dayanıqlı fəaliyyətini davam etdirir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

İqtisadiyyat       Tarix: 03 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag