Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin altı ayında 2,5 milyon nəfərə çatıb

Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin altı ayında 2,5 milyon nəfərə çatıbBakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin altı ayında 2,5 milyon nəfərə çatıb
AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsi və ölkəyə yeni beynəlxalq aviaşirkətlərin cəlb edilməsi çərçivəsində 2023-cü ilin ilk altı ayı ərzində görülən işlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin axınının artımında mühüm rol oynayıb. Bu, Azərbaycanda aviasiya sektorunun inkişafındakı müsbət dinamikanın əyani təsdiqidir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsində xeyli artım müşahidə etmək olar. Bu ilin altı ayı ərzində Bakı aeroportunun ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb. 2022-ci ilin altı ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.
Qeyd edək ki, daşınan bütün sərnişinlərin 49,82% beynəlxalq aviadaşıyıcıların payına düşür. Xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu seqmentin 34% artımı deməkdir.
Sərnişin daşımalarının qalan hissəsi AZAL tərəfindən həyata keçirilib - 2023-cü ilin altı ayında 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərilib. Ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min çox nəfər təşkil edib.
2023-cü ilin ilk altı ayında 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin "Turkish Airlines", "Utair", "Aeroflot", "FlyDubai" və "WizzAir" aviaşirkətləri tərəfindən daşınıb. Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Vurğulayaq ki, sərnişin axınının və xarici aviaşirkətlərin sayının artmasını nəzərə alaraq, cari ilin iyunun 20-dən etibarən Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reysləri bərpa edərək səyahətçilər üçün yeni imkanlar açır. Bu terminal aviaşirkətlərə, o cümlədən aşağıbüdcəli aviadaşıyıcılara Azərbaycana və Azərbaycandan istiqamətlərin sayını artırmaq üçün üstünlüklər təqdim edir.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun hər iki terminalının fəaliyyəti, eləcə də ölkənin regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi daha da çox turist qəbul etməyə və Azərbaycanın aviasiya sektorunda rəqabət qabiliyyətini artırmağa imkan verəcək. / oxu.az

Turizm       Tarix: 25 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri idman xeberleri bugünkü son xəbərlər apa.az xeberler