Bakı aeroportunun sərnişin dövriyyəsi sabit artıma davam edir - FOTO

Bakı aeroportunun sərnişin dövriyyəsi sabit artıma davam edir - FOTOBakı aeroportunun sərnişin dövriyyəsi sabit artıma davam edir - FOTO
2023-cü ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsində sabit artım nümayiş etdirməkdə davam edir. 
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 25 faiz artaraq 4 milyon 325 min nəfərdən çox həddə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 223 min nəfər təşkil edib.
Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6%-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
Hava limanından ən çox sərnişin Bakıdan İstanbula və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 746 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb.
"Sərnişinlərimizin rahatlığının təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik. Həmçinin onlara daha da səmərəli səyahət təcrübəsi təqdim etmək üçün xidmətlərimizin və infrastrukturumuzun təkmilləşdirilməsinə çalışırıq", - deyə Bakı hava limanının direktoru Teymur Həsənov bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib, onlardan 18-i aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 49 faiz təşkil edib. Ən çox sərnişini "Turkish Airlines", "AnadoluJet", "Utair", "Aeroflot", "FlyDubai" aviaşirkətləri daşıyıb.
Bakı aeroportunun sərnişin dövriyyəsi sabit artıma davam edir - FOTO/ oxu.az

Turizm       Tarix: 25 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər gunun xeberleri valyuta mezennesi banklar valyuta məzənnələri