Bakı bulvarında batmış gəmi: "Kodor"un şərəfli səyahəti necə bitdi? - YENİLƏNİB + FOTOREPORTAJ

Bakı bulvarında batmış gəmi: Bakı bulvarında batmış gəmi: "Kodor"un şərəfli səyahəti necə bitdi? - YENİLƏNİB + FOTOREPORTAJ
1985-ci ildə "Kapitan Qrantın uşaqları" filmi ekranlara çıxdı. Film bir çox cəhətdən, o cümlədən mükəmməl aktyor heyəti, məşhur bəstəkar Maksim Dunayevskinin gözəl musiqisi, möhtəşəm dekorasiya, heyrətamiz dərəcədə gözəl mənzərə təsvirləri ilə uğur qazandı.
Burada oxucu tamamilə əsaslı sual verə bilər: Filmin Bakıya nə aidiyyəti var? Filmdə azərbaycanlı aktyorlar iştirak etməyiblər, Bakıda bu filmin bir epizodu belə çəkilməyib...
Bununla belə, "Kapitan Qrantın uşaqları"nda birbaşa Bakı ilə bağlı olan və hətta sonunu Bakıda tapan bir gəmi çəkildi. Söhbət "Dunkan" yaxtasının "rolunu oynayan" məşhur "Kodor" adlı üçdirəkli yelkənli gəmidən gedir.
Tarixinin başlanğıcında şxun birbaşa başqa bir ölkə ilə - Finlandiya ilə əlaqəli idi, çünki 1947-ci ildə bu ölkədə inşa edilib. Finlər onu İkinci Dünya Müharibəsindən sonra Finlandiyaya tətbiq edilən təzminatın bir hissəsini ödəmək üçün SSRİ Hərbi Dəniz Qüvvələri Nazirliyinin sifarişi ilə inşa ediblər.
Göyərtəsinə 44-50 sərnişin və 15 ekipaj üzvünü götürə bilən şxun olduqca böyük idi - uzunluğu 60 m, eni 9,5 metr.
1950-ci ildə "Kodor" təlim gəmisinə çevrildi. Leninqrad Hərbi Dənizçilik Məktəbinə mənsub olmaqla o, kursantlarla birlikdə Atlantik okeanının sularında və on bir dənizdə, əsasən də Baltikyanı sularda üzdü.
Təxminən otuz il istismar edilən "Kodor" 1983-cü ildə Bakı yaxta klubuna hədiyyə edildi.
Bundan sonra bir neçə dəfə yelkənli su idman festivallarında iştirak etdi. Sonra isə "Kodor" "Kapitan Qrantın uşaqları" filminin çəkilişləri üçün Bakıdan aparıldı. Buna qədər o, "Xəzinə adası" və "Arabella, Piratın qızı" (1982) filmlərində "rol almışdı".
"Kapitan Qrantın uşaqları"nın çəkilişləri Krımda və Bolqarıstanda aparılıb: Xəzər dənizində filmin rejissoru Stanislav Qovoruxinə lazım olan gözəllikdə sahil qayaları yox idi. Bununla belə, azərbaycanlı yazıçı Aleksandr Hakimov filmdə azərbaycanlıların iştirak etdiyi barədə məlumat əldə edib.
Düzü, onlar aktyorluq etməyiblər. Məsələ burasındadır ki, üçdirəkli şxunu idarə eləmək asan iş deyil, Bakıda isə bunu bacaran dənizçilər var idi. Beləliklə, onlar çəkiliş meydançasında "Kodor"u idarə etməyə kömək etdilər.
Filmin çəkilişindən sonra "Kodor" Bakıya qayıtdı və bir də 1986-cı ildə Jül Vernin "On beş yaşlı kapitan" romanı əsasında çəkilmiş "Piliqrim"in kapitanı" filminin çəkilişlərində iştirak etmək üçün aparıldı.
Bundan sonra "Kodor" bir daha Bakını tərk etmədi. Şəhərdə hamı ümid edirdi ki, yelkənli gəmi mütləq Dənizçilik Məktəbinə, yaxud gənc dənizçilər klubuna, ya da heç olmasa yaxta klublarına veriləcək.
Amma gəmi başqa aqibətlə üzləşdi: Yelkənli gəmi üçün dəhşətli, absurd və biabırçı tale - üzən balqabağa (ziyalı dili ilə desək - restorana) çevrildi. Halbuki 80-ci illərin ortalarında "Kodor"la Bakı arxipelaqının adalarına səyahət təşkil etmək planları var idi…
Ancaq çox keçmədən - 80-ci illərin sonunda, respublika üçün ən çətin dövrlər gəldi; Bakının köhnə yelkənli gəminin taleyindən çox daha aktual problemləri var idi.
Hər şey çox kədərli sonluqla nəticələndi: restoran kimi xidmətini davam etdirən "Kodor" 1999-cu ilin avqustunda yandı. Təsadüfən baş vermiş yanğın da ola bilərdi, qəsdən törədilən də... Qalıqları isə utilizasiya olundu. Beləliklə, əvvəlcə balıqçı, sonra təlim gəmisi olan, daha sonra varlığına film qəhrəmanı kimi davam etdirən "Kodor"un şərəfli səyahəti başa çatdı...
Mənbə: azerhistory.com
12:14
Son illər Xəzər dənizində suyun səviyyəsinin enməsi müşahidə edilir.
Təbii ki, bu cür halın baş verməsi hər kəsi narahat edir.
Xəzərdə suyun çəkilməsindən sonra illər əvvəl batan gəmi qalıqları Bakı bulvarı sahillərində üzə çıxıb. 
Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı olub. Bu da son 400 ildə ən aşağı göstəricidir.
PhotoStock.az suyu çəkilmiş Xəzərdən fotolar lentə alıb:
Bakı bulvarında batmış gəmi: Bakı bulvarında batmış gəmi: Bakı bulvarında batmış gəmi: Daha çox şəkil burada: PhotoStock.az

Maraqlı       Tarix: 09 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes