AZAL təyyarəsini vurmaq əmrini bu general verib - FOTOLAR
azxeber.com xəbər verir ki, "Minval Politika" resursu Azərbaycanın AZAL aviaşirkətinə məxsus EMBRAER 190 təyyarəsinin vurulması ilə bağlı sensasion faktları üzə çıxarıb.
İfşa edilən əsas ad: Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının 51-ci diviziyasının komandiri, general-mayor Aleksandr Tolopilo.
Məlumata görə, məhz o, AZAL təyyarəsinin vurulması əmrini şəxsən verib.
Faktlar nəyə əsaslanır?
İddialar podpolkovnik Orlyanskiyə istinadən verilib. O istintaqa deyib ki, əmri general Tolopilodan alıb və onu kapitan Paladisyuka çatdırıb. Hücum zamanı tətbiq olunan raket qurğuları Tolopilonun birbaşa tabeliyində olan bölmənin əmri ilə hərəkət edib. Bütün bunlar (raket qurğularının kimin tabeliyinə verilməsi) 2024-cü il 16 dekabr tarixli rəsmi raportla sənədləşdirilib.
Cinayət var, cəza yox – əksinə, mükafatlandırma!
Daha dəhşətlisi isə odur ki, Tolopilo heç bir məsuliyyət daşımayıb. O, istintaqda məsuliyyəti hava nəzarətçilərinin üzərinə atmağa çalışıb və "raketlər öz-özünə partladı" kimi uydurma bəyanatlar verib. Lakin Rusiya daxilində aparılmış daxili istintaq bu versiyanı təkzib edib.
Bütün bu saxtakarlıqlara baxmayaraq, general Tolopilo vəzifəsində saxlanılıb və hətta yüksəldilib!
Sənədlər Bakıya təqdim olunacaq
"Minval Politika"nın baş redaktoru Emil Mustafayev bildirib ki, əldə olunmuş fotoşəkillər, raportlar və ifadələr yaxın günlərdə Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim olunacaq.
Bu, birbaşa hərbi-siyasi cinayətin ifşası və Azərbaycanın hava məkanında törədilmiş beynəlxalq təxribatın arxasındakı fiqurların üzə çıxarılması deməkdir.



Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı