Növbəti "Sıfır Tullantı" Həmrəylik Marafonu təşkil olunub
Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti "Sıfır Tullantı" Həmrəylik Marafonu təşkil olunub.
Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Ərazinin təmizlənməsinə Kapital Bank-ın Qazax-Tovuz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq qoşulub.
Layihənin əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği, eləcə də hər kəsin təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edilməsidir.
Qeyd edək ki, 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli"ndə Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən start götürən marafon geniş coğrafiyanı əhatə edərək bu günədək Gəncə-Daşkəsən, Lənkəran–Astara, Mərkəzi Aran, Şəki–Zaqatala, Bakı və Quba-Xaçmaz iqtisadi rayonlarında həyata keçirilib.
Ətraflı məlumat:
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır