SİRLƏR AÇILIR: Rusiyanı tərk etmək istəyən Əsəd bu ölkələrdən birində gizlənəcək
Bəşər və Mahir Əsəd, eləcə də bir neçə suriyalı hərbi lider Rusiyanı tərk etmək üçün rəsmi müraciət ediblər. Bu barədə "RussiaNews" Telegram kanalı məlumat yayıb. Maraqlıdır, onlar Rusiyanı tərk etsələr hansı ölkəyə gedə bilərlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, məlumat Rusiyanın bəzi Telegram kanallarında və media qurumlarında dövriyyəyə buraxılıb.
Onun sözlərinə görə, Bəşər Əsədin Rusiyada qaldığı məlum olsa da, Mahir Əsəd barədə ziddiyyətli xəbərlər var. Lakin çox böyük ehtimalla o da Rusiyadadır.
Zeynal Əmrəliyev qeyd edib ki, Bəşər və Mahir Əsəd arasında ciddi problemlərin olduğu barədə informasiyalar mövcuddur.
"İddialara görə, Mahir Əsəd qardaşını hakimiyyətdən əl çəkməyə məcbur edib və özü hakimiyyəti daha sərt şəkildə idarə etmək istəyib.
Onların Rusiyanı tərk etmək istəyi hazırda Moskva və Dəməşq arasında gedən danışıqlarla əlaqədardır. Çünki Rusiyada hakimiyyət dəyişikliyi məsələsi gündəmdədir və bu da Əsəd ailəsində narahatlıq yaradıb. Onlar ehtiyat edirlər ki, Rusiyada yeni gələn komanda tərəfindən Suriyanın mövcud hakimiyyətinə təhvil verilə bilərlər".
Əmrəliyev bildirib ki, Əsəd ailəsinin gedə biləcəyi bir neçə ölkənin adı hallanır.
"Bunlar arasında Belarus, Çin, Misir və Birləşmiş Ərəb Əmirlikləri var. Xüsusilə, Dubay müxtəlif devrilmiş liderlər üçün sığınacaq məkanı kimi tanınır.
Bəşər Əsədin Rusiyanı tərk etməsi onun istəyindən asılı deyil və bu, yalnız Rusiya hakimiyyətinin razılığı ilə mümkün ola bilər. Hazırda isə Rusiyanın bu barədə qərar verdiyi barədə məlumat yoxdur".
Müşviq Tofiqoğlu
KONKRETaz
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı