Bakı Forumu: "Qloballaşma və artan bərabərsizliklər" mövzusunda panel iclası keçirildi

Bakı Forumu: Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
KONKRET.azxəbər verir ki, Forum çərçivəsində "Qloballaşma və artan bərabərsizliklər" mövzusunda növbəti panel iclası keçirilib.
2004-2009-cu illərdə BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Frensis O"Donnellin moderatorluğu ilə keçirilən panel iclasında "İqtisadi bərabərsizliklərə fokuslanmaq gender meyarını gizlətmək məqsədi daşıyır? Bəs azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər? Rifah və gəlirlə bağlı bərabərsizliyi nəzərdən keçirməliyik? Zənginlər üçün "vergi cənnətləri"nin qarşısının alınması və vergi sistemində daha böyük bərabərliyə nail olmaq məqsədilə qeyd olunan sahələrdən biri qlobal vergi rejimini dəyişməlidirmi? Müvafiq konvensiyalarda yer aldığı fərz edilən bu kimi yeni qlobal vergi tədbirləri effektiv qüvvəyə malik olacaqdırmı? Bu sahədə həyata keçirilən tədbirlərin hər hansı qiymətləndirmə şkalası çərçivəsində bütün hallarda ən həssas qrupda yer almağa davam edən yoxsulların faydalana biləcəyini nə dərəcədə təmin edə bilərik? Sərvət vergisi, əkin sahələrinin kəndlilərin və torpaq sahəsi olmayan işçi qüvvələri arasında bölüşdürülməsi, münasib minimal əməkhaqqı, habelə səhiyyənin və təhsilin əlçatanlığı kimi tədbirlərin milli sərhədlər daxilində deyil, daha çox beynəlxalq çoxtərəfli səviyyədə həyata keçirilməsi üçün bu hərəkat nə qədər gücləndirilməlidir?" kimi suallara cavablar axtarılıb.
Panel iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığı təmin edilməlidir:
"Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır. Cəmiyyətin dəyərlərinə də diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik".
Nazir həmçinin qeyd edib ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda məcburi köçkünlər və qaçqınlar kimi həssas təbəqə meydana gəlib:
"Biz gəlirləri bu həssas təbəqələrin gəlirlərinin artırılmasına yönəltmişdik. Biz siyasəti inklüzivliyə fokuslaşdırdıq, sosial müdafiə mexanizminin yaradılmasına çalışdıq. Dövlət Neft Fondunun ehtiyatları qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün evlərin tikilməsinə yönəldildi. O cümlədən tələbələrin xaricdə təhsilinə də vəsaitlər ayırıldı. Biz Azərbaycanda minimum pensiyanın məbləğinin artırılmasına diqqət yetirdik".
Daha sonra çıxış edən Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, vergi sistemi bərabərsizlik üçün bir meyar olmalıdır:
"Artıq texnologiyalar həyatımızda mühüm rola malikdirlər. Gender məsələləri də bərabərsizliyə gətirib çıxarır. Qadınların təhsil almaması hansısa arzuolunmaz hallara gətirib çıxara bilər. Qadınlarla kişilər arasında böyük fərqlər var. Müharibələr zamanı da qadınların hüquqları pozulur. Biz bu problemləri böyüdərək ətraflı müzakirə etməliyik. Biz hər bir insanın dəyərini anlamalıyıq".
UNESCO-nun 36-cı Ümumi Konfransının Prezidenti Katalin Boqyayisə deyib ki, təhsildə olan bərabərsizlik aradan qaldırılmalıdır:
"Hər bir uşaq öz karyerasını qurmaq hüququna malikdir. Həmçinin fikrimcə dini, mədəni, etnik azlıqlar tanınmalıdır. Biz həmçinin qadınların sülhə gətirən səlahiyyətlərini də genişləndirməliyik".
Panel iclas çıxışlarla davam etdirilib.
Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.//Report

Siyasi       Tarix: 19 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun