Bakı Forumunda növbəti panel iclası keçirildi

Bakı Forumunda növbəti panel iclası keçirildiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
KONKRET.az xəbər verir ki, Forum çərçivəsində "Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi" mövzusunda növbəti panel iclası keçirilib.
Liberal İnternasionalın prezidenti Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasında "İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir? Dünya su sərfiyyatının təxminən 70%-i kənd təsərrüfatının payına düşür. Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər? Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır? Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir? Bəs əkinə yararlı sahələrin səhralaşması? Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada istehsal edilmiş ərzağın 14%-nin istehlakçıya çatmadığını bildirir) – bununla bağlı nə etmək mümkündür? İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik? Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi? Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər? Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?" kimi suallara cavablar axtarılıb.
Toplantıda çıxış edən ABŞ-ın Romadakı BMT qurumları yanındakı Daimi Nümayəndəsi Sindi Makkeyn 40 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizənin aparılmasının zəruri olduğunu qeyd edib.
Daha sonra Azərbaycanda kənd təsərrüfatına dair süjet təqdim olunub və kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. O deyib ki, Azərbaycan artıq kənd təsərrüfatının inklüziv inkişaf yolunu seçib: "Biz qlobal ekosistemin bir hissəsiyik. Bu da maraqlı tərəflərin bir araya gəlməsini tələb edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında qeyd edildiyi kimi su resurslarının qıtlığı bir çox ölkələr kimi Azərbaycanın da təcili tədbirlər görməsini tələb edir. Onu da qeyd edim ki, son texnologiyalar sayəsində sudan səmərəli, qənaətlə istifadə etmək olar".
Nazir bildirib ki, Azərbaycanda suvarma sahəsində itkilərə yol verilir: "Hökumət müasir suvarma sisteminin yenilənməsi üçün vəsait ayırır. Hansına fermer suvarma sistemini yeniləmək istəyirsə, bunun üçün tələb olunan vəsaitin 40 faizini dövlət üzərinə götürür, 20 faiz fermer ilkin ödəniş edir, 40 faiz vəsait isə faizsiz kredit kimi sahibkara verilir. Su təsərrüfatının idarə edilməsi problemi hər bir ölkənin qarşısında durur".
Liberal İnternasionalın prezidenti Hakima El Haite isə Rusiya- Ukrayna müharibəsi ilə əlaqədar Afrikada 50 milyona qədər insanın aclıq təhlüəksi ilə üzləşə biləcəyini nəzərə çatdırıb.
Mavritaniyanın sabiq Prezidenti (2015-2018-ci illər) Amina Qurib-Fakim çıxışı zamanı Afrikada istehsal edilən məhsulların 70 faizinin xırda istehsalçıların payına düşdüyünü vurğulayıb: "Biz istehsalın necə artırılması barədə düşünməliyik. Ukraynada baş verən proseslər Afrikaya təsir göstərəcək".
Panel iclası çıxışlarla davam edib.

Siyasi       Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun