Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.  
Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir.
Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.
Bankın nümayəndələrinin də qatıldığı açılış mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı, PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır, onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.
Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə "OpenAI", "JetBrains", "Huawei", "Google" kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və həllərini təqdim edirlər. 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 04 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR

Kart balansını yoxlamaq, kartı blokdan çıxarmaq, yeni kart sifariş etmək, kreditlə bağlı məlumat almaq, kart üzrə vəsaitin geri qaytarılma prosesini izləmək və ya bank əməliyyatları ilə bağlı sual yarandıqda bir çox insanı

Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı

Yelo Bank 2026-cı ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini elan edib. Hesabat dövrünün nəticələrinə əsasən, Bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas əməliyyat gəlirlərində yüksə

Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisəd

AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib. Tədbirin məqsədi media nümayəndələri il

Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı

Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb. xəbər verir ki, Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb. 100% yerl

"Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı nəşr olunub

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq"in dəstəyi ilə "Mediad

Bank Respublika "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatına layiq görüldü

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanınən yaxşı kiçik və orta sahibkarlıq bankı" adına layiq görülüb. xəbər veri

Bu ölkədə "iPhone" bahalaşır

"Apple" Yaponiyada "iPhone" modellərinin qiymətlərini artırıb. Şirkətin bu qərarına səbəb kimi ölkə valyutası olan yenin son illərin ən aşağı səviyyələrinə yaxınlaşması göstərilir. xəbər verir ki, Yaponiyad

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları 'AniPay' üzərindən ödəyəcək

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaların "AniPay" üzərindən ödənilməsini planlaşdırır. xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbua


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou en yeni xeberler cəbhədən xəbərlər