Bakı Konqres Mərkəzində texniki problem - tədbirlər dayandırıldı

Bakı Konqres Mərkəzində texniki problem - tədbirlər dayandırıldıBakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır.
Bu barədə azxeber.com-a Bakı Konqres Mərkəzindən məlumat verilib,
Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.
Məlumata görə, 5 aprel tarixində Mərkəzdə keçirilmiş konsert proqramından sonra "Auditoriya" zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.
Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə "Auditoriya" zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.
Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.
Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.
Məlumatda həmçinin bildirilir ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.

Sosial       Tarix: 06 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı son xəbərlər azərbaycanda xeberler bu qun en son xeberleri