Bakı Limanının tikintisinin II fazası əsasən konteyner yüklərinə fokuslanacaq
Bakı limanının tikintisinin II fazası çərçivəsində əsasən konteyner yüklərinə diqqət yetiriləcək.
Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
"Limanda 15 milyon ton aşırma gücünə malik 1-ci faza yekunlaşıb. 2-ci faza isə bizə sonrakı limandan 25 milyon tona qədər yük keçirməyə imkan verəcək. Bunun da əsas hissəsi konteynerlər olacaq. 2-ci fazanın əsas fokusu məhz konteyner yükləridir. Bildiyiniz kimi, həm Çindən Avropaya, həm də Mərkəzi Asiyadan Türkiyəyə gedən yüklərin çoxu konteynerlə daşınacaq. Bu kontekstdə liman ərazisində yeni İntermodal Yük Terminalının tikintisi mühüm əhəmiyyət daşıyır. Çünki həm Çindən, həm də Qazaxıstandan Avropa istiqamətində gedən yüklər bizim limandan keçərək yeni terminalda dəmir yolu və avtomobil nəqliyyatı ilə təyinat yerinə çatdırılacaq. Eyni zamanda terminalda yüklərin anbarlarda saxlanc imkanı da olacaq. Təkcə Qazaxıstanın bizim üzərimizdən keçəcək ixrac potensialı 4 milyon tona yaxındır. Eyni zamanda Çindən Avropa istiqamətində gedən yüklər ilkin olaraq 100 min konteynerdən başlayaraq 300 min konteynerə qədər artacaq",-deyə o qeyd edib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat