Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi

Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdiBu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib.
Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı "102" xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər.
Bizim.media-ya müraciət edən 158 nömrəli məktəbin müəllimi Səhər Əhmədova aidiyyəti qurumların sözügedən təhsil müəssisəsini nəzarətə götürmələrini istəyib. 
O, deyib ki, 10-cu sinif şagirdi Mehdi Məmmədli onunla bir sinifdə oxuduğu bacısı qızına əməlli-başlı travma yaşadır:
"Bacım qızını bu ilin sentyabrından Kürdəmirdən həmin məktəbə transfer etmişik. Şəhər mühitinə alışmamış hər gün travma yaşayır. Sinif yoldaşı Mehdi Məmmədli onun "gününü qara edib". Sən demə bir neçə ay əvvəl də qıza bıçaq çəkərək - "səni yortaram", - deyib. Bacım qızı şikayətlənmədiyi üçün xəbərimiz olmayıb. 
Ötən gün aralarında növbəti problem yaşanıb. Mehdi Məmmədli barədə məktəb daxilində heç də xoş sözlər deyilmir. Eşitmişəm ki, metamfetamin satmaqla məşğuldur, dəfələrlə məktəb çantasından qəlyan çıxıb, pis vərdişləri var, 10-cu sinfə isə bütün fənlərdən "2" qiymətlə çıxıb.
Aşağı sinif şagirdləri belə ondan qorxur, yan gəzir və kriminal uşaq olduğunu deyirlər. Bir sözlə hamıya qənim kəsilib. Məktəb direktoru isə bu vəziyyətə və baş verənlərə susur".
Səhər Əhmədovanın sözlərinə görə Mehdi Məmmədli bacısı qızına onunla bağlı xoş olmayan ifadələr səsləndirib.
Bundan təngə gələn qız baş verənləri xalasına danışıb və beləliklə Mehdi Məmmədlinin atası ilə müəllim arasında qalmaqal yaşanıb:
"Ona oğlunun metamfetamin satışı ilə məşğul olduğunu dedim. "Sübut et", - deyə üzərimə hücum edərək telefonumu əlimdən aldı. Bütün bunlar isə direktorun otağında baş verdi. İş orasındadır ki, direktor da illərdir hamı üçün problem yaşadan şagirdin atasını müdafiə edir. Tələb edirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi komissiya göndərsinlər və məktəbdə baş verənləri araşdırsınlar. Direktorun isə belə valideynləri niyə müdafiə etdiyi ortaya çıxsın". 
Məsələ ilə bağlı məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə yaradılıb. Danışa bilmədiyini əsas gətirərək bir neçə dəqiqə sonra özü əlaqə yaradacağını desə də, geri dönüş etməyib. Təkrar özümüz əlaqə yaratsaq da, danışmaq istəməyib. 
Mehdi Məmmədlinin sinif rəhbəri Mətanət xanım da baş verənlərlə bağlı danışıb. O, deyib ki, valideynin müəllimin üzərinə yeriməsi, hücum çəkərək təhqir etməsi düzgün olmayıb:
"Mən də oradaydım. Valideyn düz eləmədi. Hətta ağzından söyüşlər də çıxdı. Mən bunun əleyhinəyəm. Cəmiyyətdə müəllimin nüfuzu o qədər aşağı düşüb ki, valideynlər üstümüzə hücum çəkirlər. Həmin vaxt valideynə də yalvardıq, xahiş etdik ki, oturaq, sakit danışaq. Hər şey ola bilər. Biz valideynlərdən, uşaqlardan hər şey gözləyirik. Mehdinin sinif yoldaşı ilə bağlı problemində isə iştirak etməmişəm. Aralarındakı məsələ tənəffüsdə baş verib". 
Müəllim deyib ki, Mehdi Məmmədlinin bir neçə dəfə də sinif yoldaşları ilə insidenti olub:
"Pilot sinif olduğu üçün o sinfi bu il götürmüşəm. Adi sinifdir və yığma komanda da deyə bilərik. Mehdi idmanla məşğul olur və belə pis uşaq deyil. Amma narahatlığı olduğunu gizlədə bilmərəm. Görürsən, uşaqlarla deyişir və hərdən kobud zarafatlar edir. Bir neçə dəfə sinif yoldaşları ilə insidentləri olub. Dəfələrlə danışmışıq, psixoloq da onunla məşğul olub. Nə edək? Məktəbdir və biz də bu şəraitdə işləyirik. Qaldı ki, metamfetamin satması iddiasına onun pis vərdişlərini, hansısa alışqanlığını deyə bilmərəm. Oxumağı isə, bəli, zəifdir", - deyə sinif rəhbəri əlavə edib.  / azxeber.com

Sosial       Tarix: 25 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler son xeberler azerbaycan xəbərlər kriminal xeber