Bakı metrosu bu tarixdə iş rejimini dəyişəcək
20 Yanvar faciəsinin ildönümü günü "Bakı Metropoliteni" QSC-də silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək.
azxeber.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, faicənin ildönümü hər il olduğu kimi, bu il də metroda ehtiramla yad ediləcək.
Yanvar ayının əvvəlindən "20 Yanvar" stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.
Yanvarın 19-dan 20-nə keçən gecə "20 Yanvar" stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.
Metropolitenin kollektivi gün ərzində şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını ziyarət edəcək.
Yanvar ayının 20-si günün birinci yarısında "20 Yanvar" stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər deyəcək.
"20 Yanvar", həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.
Şəhidlərin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.
Qanlı qırğının miqyasının daha böyük olmamasında Bakı metropoliteninin fədakar kollektivinin xüsusi əməyi olub. Həmin gecə Bakı metropoliteni rəhbərliyinin göstərişi ilə stansiyalarda səhərə qədər qatarların hərəkəti dayandırılmayıb. Növbədə olan, eləcə də həmkarlarının köməyinə çatan metropolitençilərin fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas edilib, yaralılar xəstəxanalara çatdırılıb, metropolitenin stansiya, platforma, tunel və keçidləri günahsız insanların xilas yerinə çevrilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR