Bakı metrosunda qatarların hərəkətində niyə gecikmə baş verib? - AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkətində niyə gecikmə baş verib? - AÇIQLAMABu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi texniki nasazlıq, ciddi nöqsan və sərnişin hərəkətinə mane ola biləcək texniki səbəblərlə bağlı deyil.
Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Bayramqabağı metroda belə hallar olur. Bu sərnişin axınının istiqamətləri ilə bağlı məsələdir. Yeni il, Novruz Bayramı və digər belə bayramlarda ənənəvi, işə gedən sərnişinlərlə yanaşı, bayram hazırlığı görən sərnişinlər də olur. Onlar metrodan az istifadə edən və yaxud ümumiyyətlə istifadə etməyən sərnişinlərdir. Hər bir stansiyada səmtin müəyyən edilməsi ilə bağlı çətinliklər olanda vaqonların qapılarının tutulub saxlanılması halları olur və bu, gecikmələrə səbəb olur", - deyə o qeyd edib.
"Ənənəvi iş rejimində belə hallar 1-2 stansiyada olanda adi hal kimi qarşılamaq olur. Amma bu, bir çox stansiyalarda olarsa qatarların gecikməsinə səbəb olur. Düzdür, qatarın bir stansiyadan digər stansiyaya getdiyi müddətdə yubanmadakı saniyələri aradan qaldırmaq olur. Ancaq növbəti stansiyada qatarın stansiyaya daxil olması üçün təkcə əvvəlki qatar stansiyanı tərk etməli deyil, eyni zamanda qatarın hərəkətini tənzimləyən sistem buna icazə verməlidir. Bu səbəbdən də bir neçə istiqamətdə qatarın tuneldə gözləməsi halları müşahidə olunub", - deyə metro rəsmisi vurğulayıb.
"Ümumilikdə götürdükdə qatarlarda texniki nasazlıqlar və digər hallar yoxdur. Dediyim halların tənzimlənməsi məqsədi ilə "Bakı Metropoliteni" əvvəlcədən xüsusi tədbirlər görməyə çalışır və maksimum qüvvə sərf edir", - deyə B.Məmmədov fikrini tamamlayıb.

Sosial       Tarix: 14 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər kriminal xeber maliyye xeberler bugun oxu.az xeberler