Bakı metrosunda xanım mayora xəsarət yetirildi - "Məni işarə edərək nəsə deyirdi

Bakı metrosunda xanım mayora xəsarət yetirildi - Oktyabrın 2-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qəribə hadisə baş verib.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı ŞBPİ-nin Metropolitendə Polis İdarəsinə müraciət edən ədliyyə mayoru S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.
Şikayətçi qeyd edib ki, bizi batıran gəncin yanındakı şəxs işlədiyi cəzaçəkmə müəssisəsində əvvəllər cəza çəkib. Xanım zabit axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini və keçmiş məhkumun işarəsi ilə gənc oğlanın bu addımı atdığını bildirib.
Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər "Dərnəgül" metrostansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakini olan dayı-bacıoğlu olması məlum olub. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.
Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib: "Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər sonra adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Bir qədər sonra isə gənc oğlanın yanında olan şəxsi xatırladım. Həmin şəxs mənim çalışdığım cəzaçəkmə müəssisəsində olub və bir dəfə onun əxlaqsız hərəkətlərini müşahidə etmişdim".
Məhkəmədə çıxış edən Metropolitendə Polis İdarəsinin əməkdaşı da hadisənin qəsdən törədilməsini bildirib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.

Sosial       Tarix: 08 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar cəbhədən son xeber son xəbərlər beynelxalq bank mezenne