Bakı-Minsk reysində vəfat edən sərnişin azərbaycanlı imiş - YENİLƏNİB
Bakı-Minsk reysində vəfat edən sərnişin azərbaycanlı imiş - YENİLƏNİB
Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəllüdlü azərbaycanlının (adı açıqlanmır) halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.
Bu barədə "Report"a Belarusun "Belavia" aviaşirkətindən məlumat verilib.
Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.
"Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak veriblər. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı məlumat verib və Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib", - aviaşirkətdən bildirilib.
Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:
"Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq".
Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.
12:21
Səhər saatlarında Bakıdan Belarusun paytaxtı Minskə uçan təyyarənin sərnişininin vəziyyəti pisləşib. "В2740" səfər saylı təyyarə Rusiyanın Samara şəhərinə təcili eniş edib.
Xəstə olan 64 yaşlı sərnişin "Kurumoç" hava limanında vəfat edib.
Hadisə ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
Fakt araşdırılır.
Mənbə: Volga.news /oxu.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ