Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxdı
Futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri mayın 15-dən satışa çıxarılıb.
Publika.az xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Biletləri M.Rəsulzadə 3, Bülbül prospekti, Nizami küçəsi və Üzeyir Hacıbəyli küçəsi 69 x ünvanlarındakı köşklərdən, 1, 2 və 3 saylı "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.
Biletlərin qiyməti birinci kateqoriya üzrə 250, ikinci kateqoriya üzrə 150, üçüncü kateqoriya üzrə isə 60 manat təşkil edir.
Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.
"Avro-2020" ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləmək mümkündür. IOS istifadəçiləri , android istifadəçiləri isə linkindən istifadə etməklə tətbiqi yükləyə bilərlər.
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır.
Ötən gün Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edirlər. Mahnı "We are the people" adlanır.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq